
Türkiyə Super Liqasında çıxış edən "Göztepe" klubu baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Sportnet.az-ın "Haberturk"ə istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis çempionatdakı nəticələrdən sonra istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Tamer Tuna ilk dəfə "Göztepe"də 2017-ci ildən 2018-ci ilin noyabrınadək çalışıb. O, 2019-cu ilin fevralında yenidən İzmir təmsilçisinə baş məşqçisi təyin olunub. Hazırda "Göztepe" 9 oyundan 9 xalla 15-ci pillədə qərarlaşıb.