
"Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradona futbol üzrə Argentina çempionatının XI turunda "Nyuells Old Boys"la oyun zamanı taxtda oturub.
Sportnet.az-ın məlumatına görə, əfsanəvi futbolçunun taxtı gözəlliyi ilə diqqət çəkib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ximnasiya və Esqrima" 3 matçda 2-ci qalibiyyətinə imza atıb.
Qeyd edək ki, Dieqo Maradona 1993/1994 mövsümündə "Nyuells Old Boys"un heyətində 5 oyun keçirib. O, "Ximnasiya və Esqrima"ya sentyabrda baş məşqçi təyin olunub. Bu komanda 11 turdan sonra 7 xalla axırdan 2-ci yeri tutur. Növbəti turda rəqib "Estudiantes" olacaq.