"Qarabağ" komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.
Sportnet.az-ın "SigmaLive" nəşrinə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı üstün tutub. Klub mümkün gərginliyə risk etməmək üçün bu addımı atıb.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.