"Keşlə" komandasının sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis Ukrayna Premyer Liqasında çıxış edən "Vorskla"nın sükanı arxasına keçib. O, Poltava klubunda istefaya göndərilmiş Vitali Kosovskini əvəzləyib.
Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümündə "Keşlə"yə Azərbaycan kubokunu qazandırıb.