
"İnter"də ayrılacağı deyilən Azərbaycan milli komandasının futbolçusu Vaqif
Cavadovun növbəti mövsümü hansı klubda keçirəcəyinə hələ də aydınlıq gəlməyib. Klub prezidenti Georgi Nikolov Sportnet.az-a açıqlamasında hücumçunun komandada qalmasının mümkünlüyünü bildirib.
Nikolovun sözlərinə görə, Cavadovla maliyyə məsələsində anlaşma hələ də əldə olunmayıb: "Biz Vaqifə təklifimizi vermişik. Amma onunla maliyyə məsələsində ortaq məxrəcə gələ bilmirik.
Futbolçunun komandamızda qalma ehtimalı 50 faizdir”.
Hücumçunun atası Füzuli Cavadov isə Sportnet.az-a bildirib ki, övladının taleyinə yaxın günlərdə aydınlıq gələcəyini bildirib: "Bir neçə günə Vaqif "İnter” rəsmiləri ilə görüşəcək. Söhbət tək maliyyə məsələlərində deyil. Çempionatın gedişatında oğlumu həm "Xəzər Lənkəran”, həm də "Qəbələ” istəyirdi. Lakin məlum olduğu kimi, hər iki klubun baş məşqçiləri tutduqları vəzifəni tərk ediblər. Bu üzdən də həmin klublarla bağlı hansısa yeni bir məlumat yoxdur”.