"Xəzər Lənkəran”la Premyer Liqanın XII turunun oyununda qarşılaşan
Bakının "İnter” klubu 4 seriyaya son qoyub. Sportnet.az-ın məlumatına görə,ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun
sentyabrın 19-dakı matçında "Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi. 62 gündən
sonra qalib gələn Kaxaber Sxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz
bitirmişdi.VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən
(1:1) "İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu.
Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin
qoluna üzülən Səlahət Ağayev 4 "quru” matçdan sonra Fernando Qabrielin uzatma
dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 "quru”
dəqiqə keçirən qolkiper mövsümün rekorduna imza atdı.
Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.