 
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqrodakı təlim-məşq toplanışı zamanı 2 yoldaşlıq görüşü keçirəcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hər iki rəqib Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası olacaq. Dekabrın 3-də və 5-də Podqoritsa şəhərində keçiriləcək görüşlər müvafiq olaraq yerli vaxtla saat 15:00-da və 13:00-da başlayacaq.
Baş məşqçi Miloş Velebit hazırlıq prosesinə 20 futbolçu çağırıb. Onlardan 1-i legionerdir.
| № | AD, SOYAD | KLUB | 
| 1 | Sahib Həsənov | Keşlə | 
| 2 | Bayram Nəcəfəliyev | Paxtakor | 
| 3 | Vasif Fərəcov | Qarabağ | 
| 4 | Fariz Xeyrullayev | Neftçi | 
| 5 | İbrahim Ramazanov | Qəbələ | 
| 6 | Sənan Kərimov | Qəbələ | 
| 7 | Nuğay Rəşidov | Qəbələ | 
| 8 | Rəhman Məmmədov | Sumqayıt | 
| 9 | İxtiyar Məmiyev | Qəbələ | 
| 10 | Oruc Məmmədov | Neftçi | 
| 11 | Emil Süleymanov | Qəbələ | 
| 12 | Qurban Səfərov | Keşlə | 
| 13 | Elxan Zeynalabdinzadə | Sabah | 
| 14 | Nəriman Axundzadə | Qarabağ | 
| 15 | Amin Qarayev | Qarabağ | 
| 16 | Mahmud Ağayev | Zirə | 
| 17 | Firəddin Abdullayev | Sabah | 
| 18 | Nicat Quliyev | Səbail | 
| 19 | Ağadadaş Salyanski | Neftçi | 
| 20 | Raul Yaqubzadə | Peruca (İtaliya) | 








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































