Futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçirilib. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşdiyindən, "Keşlə" 1/4 finala vəsiqə qazanıb. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektivin növbəti rəqibi "Qarabağ" olacaq.
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə axşamı)
15:00. “Keşlə” – “Kəpəz” - 3:1
Qollar: Ruslan Əmircanov, 25. Xəzər Mahmudov, 56; 87 - Nodar Məmmədov, 45+3
Qırmızı vərəqə: Franko Flores, 45+2 ("Keşlə")
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Keşlə”: 94. Rəşad Əzizli 33. Tərlan Quliyev (k) 18. Ruslan Əmircanov 19. Azər Salahlı 14. Emin Mehtiyev 22. Əfran İsmayılov 5. Franko Flores 10. Sezar Meza Kolli 90. Orxan Fərəcov 13. Pərviz Azadov 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko 4. Slavik Alxasov 3. Cabir Əmirli 17. Vüsal İsgəndərli 2. İlkin Qırtımov 6. Rəşad Sadiqov 25. Con Kamara 9. Lorenzo Frutos 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
“Kəpəz”: 1. Əli Kərimov 4. Qaraxan Əliyev 10. Əli Səmədov (k) 6. Nodar Məmmədov 7. Elvin Nəsibov 17. Tural Əliyev 21. Elcan Rəhimov 20. Kənan Allahverdiyev 11. Elgün Orucov 27. Ülvi Əliyev 25. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov 5. Novruz Məmmədov 19. Eltac Mirzəyev 8. Fərid Bayramov 3. İsmayıl Məmmədov
Baş məşqçi: Yaşar Vahabzadə
“ASCO Arena”, 15:00 ("CBC Sport"/canlı)
Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.