
"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Qaradağ Lökbatan"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis belə oyunlarda futbolçuları matça kökləməyin ən çətin məsələ olduğunu bildirib. Onun fikrincə, komandasında bu, pis alınmayıb: "Sadəcə, birinci qola qədər bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq".
Qeyd edək ki, "Zirə" 1/4 finalda "Səbail" komandası ilə üz-üzə gələcək.