Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunu “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda meydana çıxan Cəlal Hüseynov klub tarixinə adını ən gənc futbolçu kimi yazdırıb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.
Hüseynov komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilmiş I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.
Qeyd edək ki, "Zirə" "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə yenib.