"Ufa" komandasında çıxış edən əslən azərbaycanlı yarımmüdafiəçi Azər Əliyev Rusiya Premyer Liqasında XIX turun "Axmat"la səfər matçının ən yaxşı futbolçusu sayılıb.
Sportnet.az-ın məlumatına görə, 10-cu dəqiqədə Əliyevin vurduğu qol sayəsində Başqırdıstan klubu qələbə qazanıb - 1:0. O, qarşılaşmadan sonra verdiyi açıqlamada Premyer Liqadakı qış fasiləsinə 3 xalla və yaxşı emosiyalarla yollandıqlarını bildirib.
Hazırda "Ufa" 25 xalla 7-ci, "Axmat" 19 xalla 12-ci pillədə qərarlaşıb.