Türkiyənin I Liqasında mübarizə aparan "Ankaraspor” klubu Azərbaycan millisinin və "Neftçi”nin futbolçusu Cavim İmamverdiyevə rəsmi təklif göndərib. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Osman Özköylü məlumat verib.
Özköylü 24 yaşlı yarımmüdafiəçini iki ildir izlədiyini deyib. O, artıq "Neftçi” ilə əlaqə saxladıqlarını da açıqlayıb: "Onlara futbolçunu icarəyə götürmək istədiyimizi dedik. İndi klubdan cavab gözləyirik. Mən özüm şəxsən Cavidlə maraqlanırdım. Klubuna təklif göndərdik ki, biz futbolçunuzu istəyirik, bizə bir qiymət deyin".
Baş məşqçi İmamverdiyevi oyununun disklərinə əsasən bəyəndiklərini də diqqətə çatdırıb: "Onu 2 il əvvəl təklif etmişdilər. Mən də oyun disklərini izlədim. Razılıq əldə olunsa, onu növbəti mövsümün sonunadək icarəyə götürmək istəyirik. "Neftçi”yə bu barədə dünən xəbər göndərmişik. Onlardan cavab gözləyirik”.

Elmar VƏLİYEV