“Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
47 yaşlı mütəxəssis futbolçuların son dəqiqələrə qədər tempi saxladığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”.
- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?
- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.
- Asmir Beqoviç məsələsində bir yenilik var?
- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. “Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.
- Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz?
- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.