Qazaxıstan "Tobol"unun və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Türkiyə klinikalarından birində profilaktik prosedurdan keçib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım 25 yaşlı qolkiperin təlim-məşq toplanışlarına daha yaxşı formada qatılması və gələn mövsümün gedişində müəyyən zədələrdən qaçması üçün atılıb. Klub qapıçıların yüklənmə və məşq xüsusiyyətinin meydan oyunçularının məşqlərindən bir qədər fərqləndiyini bəyan edib.
Qeyd edək ki, dekabrın 14-də "Tobol"a əslən erməni Qriqori Babayan baş məşqçi təyin olunub.