"Qarabağ"ın futbolçusu Faysal Rerras zədələnib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi "Keşlə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında xəsarət alıb. Belçikalı oyunçunun yerinə meydana Ailton Silva daxil olub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. Birinci görüşdə "Qarabağ" qələbə qazanıb - 1:0