Qətərin paytaxtı Dohadakı "Xəlifə İnterneyşnl" stadionunda klublararası dünya çempionatının final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Liverpul" və Braziliyanın "Flamenqo" komandaları qarşılaşıb. Görüş Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçın əsas vaxtında qapılara qol vurulmadığından əlavə vaxt təyin edilib. 99-cu dəqiqədə Roberto Firmino topu "Flamenqo"nun qapısından keçirərək, "Liverpul"u hesabda ön çıxarıb - 1:0. Bu, matçda vurulan yeganə qol olub. "Liverpul" yeganə qolla tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.