1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qırmızı vərəqə planlarımızı pozdu"
"İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a uğurlar arzulayıram. "Qarabağ” Avropada yeganə təmsilçimizdir. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər". Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIII tur matçından sonra deyib.
O bildirib ki, komandasının planlarını qapıçı Ruslan Məcidova göstərilən qırmızı vərəqə pozub: "Biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür edirəm. Azlıqda qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm”.