Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda yenidənqurma işlərinə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Sumqayıt" klubu məlumat yayıb. İşlərə Prezident İlham Əliyevin imzaladı sərəncam əsasında başlanılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Arenanın yenidən qurulması məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.