
Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2018/2019 mövsümünün ikinci və 2019/2020 mövsümünün ilk yarısında eyni sayda - 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.
Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan "Qarabağ" digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur.
2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandırsa, “Səbail” qapısında daha çox qol görüb.
Ümumiyyətlə, il ərzində yalnız iki komanda - “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.
1. | Qarabağ | 28 | 20 | 7 | 1 | 57 - 14 | 67 |
2. | Neftçi | 28 | 14 | 8 | 6 | 48 - 27 | 50 |
3. | Zirə | 28 | 10 | 8 | 10 | 36 - 37 | 38 |
4. | Keşlə | 28 | 9 | 7 | 12 | 31 - 34 | 34 |
5. | Qəbələ | 28 | 8 | 8 | 12 | 28 - 39 | 32 |
6. | Sumqayıt | 28 | 9 | 5 | 14 | 29 - 42 | 32 |
7. | Səbail | 28 | 9 | 5 | 14 | 28 - 47 | 32 |
8. | Sabah | 28 | 5 | 8 | 15 | 22 - 39 | 23 |