
İspaniya La Liqasında XIX turun mərkəzi görüşü "Espanyol" və "Barselona" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kornelya El Prat" stadionunda təşkil olunmuş Kataloniya derbisi heç-heçə ilə yekunlaşıb - 2:2. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən David Lopes açıb. 50-ci dəqiqədə Luis Suares bərabərlik qolunu vurub. 59-cu dəqiqədə isə Arturo Vidal qonaqları önə çıxarıb. Lakin 88-ci dəqiqədə U Ley yekun nəticəni müəyyənləşdirib. 75-ci dəqiqədə Frenki De Yonq qırmızı vərəqə alaraq, "Barsa"nı azlıqda qoyub.
Xal itkisinə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu komanda xallarını 40-a çatdıraraq, eyni xala malik "Real Madrid"i şəxsi göstəricilərdə üstələyib və yenidən 1-ci pilləyə qalxıb. "Espanyol" isə 11 xalla sonuncu pillədə qalıb.