1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Sadıqovun sevimlisi AZAL-ı tərk edə bilər
AZAL-ın qapıçısı Ruslan Məcidov Topaz Premyer Liqasının son turunda "İnter”ə qarşı oynamayacaq. Bu barədə sportnet.az-a Məcidovun özü məlumat verib.
O, "Bakı” ilə XXXV tur matçında əzələsini dartdığını bildirib. 29 yaşlı qapıçının sözlərinə görə, hələlik həkimlər yekun rəy verməyib. Lakin Məcidov 2 həftəyədək yaşıl meydanlara dönəcəyinə ümid edir: "Düşünmürəm ki, uzun müddət futboldan kənar qalam. Bir, uzağı 2 həftəyə bərpa olacağımı gözləyirəm. Bəlkə də tez”.
Qapıçının uzun müddətədək sıradan çıxması onun karyerasına da təsirsiz ötüşməyə bilər. Çünki qarşıdan yay transfer dövrü gəlir. Üstəlik, Məcidovu AZAL-a komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov dəvət edib. İndi isə "təyyarəçilər”in sükanı arxasında Tərlan Əhmədov yer alıb.
Təcrübəli qapıçı başqa komandaya keçmə variantının olduğunu gizlətməyib: "Növbəti mövsüm harada olacağımı indidən söyləyə bilmərəm. Açığı, 2 yerli klubdan təklif almışam. Lakin hələ ki, gələcək barədə qərar verməyə tələsmirəm”.