İngiltərənin "Liverpul" klubunun və Seneqal yığmasının hücumçusu Sadio Mane 2019-cu ildə Afrikanın ən yaxşı futbolçusu sayılıb.
Sportnet.az-ın Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı forvard Misir millisində çıxış edən həmklubu Məhəmməd Salahı və "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Mahrezi geridə qoyub.
Hazırda Almaniyanın "Borussiya" (Dortmund) klubunda icarə əsasında çıxış edən İspaniya "Real Madrid"inin və Mərakeş yığmasının müdafiəçisi Əşrəf Hakimi ən yaxşı gənc oyunçu seçilib.
İlin rəmzi komandasına isə İngiltərə Premyer Liqasında çıxış edən 6 futbolçu seçilib:
Qapıçı: Andre Onana ("Ayaks", Kamerun)
Müdafiəçilər: Serj Oryo ("Tottenhem", Kot d İvuar), Joel Matip ("Liverpul", Kamerun), Kalidu Kulibali ("Napoli", Seneqal), Əşrəf Hakimi ("Borusiya" D, Mərakeş)
Yarımmüdafiəçilər: İdrissa Geye (PSJ, Seneqal), Riyad Mahrez ("Mançester Siti", Əlcəzair), Hakim Ziyeş ("Ayaks", Mərakeş)
Hücumçular: Məhəmməd Salah ("Liverpul", Misir), Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon), Sadio Mane ("Liverpul", Seneqal).