Azərbaycan millisi Türkiyə və Latviya ilə yoldaşlıq görüşləri keçirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, Latviya ilə qarşılaşma Malta ilə martın 30-da keçiriləcək görüşdən əvvəl təşkil olunacaq. Türkiyə ilə görüş mayda səfərdə nəzərdə tutulub.
E.Məmmədov iyunda Uelsə yoldaşlıq görüşünün təşkili barədə də danışıqlar apardıqlarını əlavə edib. Bu matç isə AVRO-2020 ərəfəsində nəzərdə tutulub.