İspaniya Super Kubokunun ilk yarımfinal matçında “Real Madrid” klubu “Valensiya”nı məğlub edib.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutan görüş “kral klubu"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Madrid komandasından qolları Toni Kroos, İsko və Luka Modriç vurub.
Yeganə təsəlli qolun müəllifi Dani Parexo olub.
Finalda “Real Madrid” “Barselona” – “Atletiko” cütünün qalibi ilə görüşəcək.