"Neftçi" komandasının Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı başlayıb.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşıblar. Kollektivin ilk məşqi elə otelin stadionunda gerçəkləşib. Məşqdə klubdan ayrılması gündəmdə olan Kirilo Petrov və Dario Frederiko iştirak etməyib.
Qeyd edək ki, "Neftçi" toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Flaqman yanvarın 15-də “LKS Lodz” (Polşa), yanvarın 20-də Ukraynanın “Dinamo” (Kiyev), yanvarın 24-də isə “Desna” klubu ilə qarşılaşacaq.