Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlayan "Sumqayıt" komandası ilk məşqinə çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşq təxminən 1.5 saat davam edib. U-21 millisinin baş məşqçisi Milan Obradoviç də məşqi izləyənlər arasında olub. "Gənclik şəhəri" təmsilçisi yanvarın 13-də səhər və axşam olmaqla 2 dəfə məşq keçəcək.
Qeyd edək ki, "Aska Resort" hotelində məşkunlaşmış “Sumqayıt” Antalyada 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", yanvarın 17-də Rumıniyanın "Politexnika İaşi", yanvarın 21-də Polşanın "Arka" klubları ilə qarşılaşacaq. Yanvarın 25-də isə Qazaxıstanın "Şaxtyor" (Karaqanda) komandası ilə görüş nəzərdə tutulub.