"Neftçi"nin sabiq futbolçusu İqnasio Erreranın yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Ekvadorun "Muşuk Runa" komandasına keçib. Çilili oyunçu son olaraq ölkəsində "Palestino"nun şərəfini qoruyub.
Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.