Qazaxıstanın "Astana" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Mixael Bilek çalışdıracaq.
Hazırda Qazaxıstan millisində də baş məşqçisi vəzifəsini yerinə yetirən çexiyalı mütəxəssis "Astana" klubuna da rəhbərlik edəcək. Lakin onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Astana"nın baş məşqçi vəzifəsində bir müddət öncə komandadan ayrılan Roman Qriqorçuku əvəzləyib.