"Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Macarıstan MTK-sına 0 :hesabı3 ilə uduzduqları yoxlama matçından sonra deyib. Onun sözlərinə görə, belə oyunlarda nəticə qazanmağa köklənməmək lazımdır : "İstəyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi”.
Qeyd edək ki, "Qəbələ"nin ilk yoxlama oyunu olub.