İngiltərənin "Mançester Yunayted" klubunun Qətərdə planlaşdırılan təlim-məşq toplanışı ləğv edilib.
Sportnet.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, buna yaxın şərqdəki vəziyyətin gərginləşməsi səbəb olub.
Premyer Liqa təmsilçisinin təhlükəsizliyə zəmanətin olmadığı bölgəyə getmək istəmədiyi və artıq ingilis klubunun təlim-məşq toplanışı üçün Avropada məkan axtardığı bildirilir.
Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində ilk dəfə olaraq fevralın əvvəlində çempionatda fasilə elan olunacaq.