“Sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Rumıniyanın "Akademika Klinçeri" komandası ilə qolsuz heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib. Xorvatiyalı mütəxəssis oyunçularınn zədə almadığına görə də şad olduğunu bildirib: "İkinci hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Hücum xəttində daha dəqiq olmalıyıq. Ancaq ümumi götürdükdə, sərgilədiyimiz oyundan razı qaldım. Bu, bizim istədiyimiz oyundu. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq”.