"Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli hücumçu Marko Deviçlə mövsümün sonunadək müqavilə bağlnılıb. Ukrayna millisinin sabiq üzvü 2018/2019 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Deviç bu komandanın Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm 21 oyunda 8 qola imza atıb.
Deviçr karyerası ərzində "Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.
Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.