Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniya III Budesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:4.
Qeyd edək ki, "Keşlə" Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirəcək.
----------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycan klublarından yalnız "Keşlə" yoxlama matçında qüvvəsini sınayacaq.
Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda ilk sınağında Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubu ilə üz-üzə gələcək. Hələlik oyunun başlama saatı məlum deyil.
Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2 uduzub, "Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qolsuz bərabərə qalıb. "Səbail" Qazaxıstanın "Jetisu" klubuna 0:1, "Sumqayıt" Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə məğlub olub. "Neftçi" isə ilk yoxlama matçında "Polşa"nın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci matçında Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.
Yoxlama görüşü
17 yanvar
17:00. "Keşlə" - “Zviçkau” (Almaniya) - 1:4