“İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı. Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya bölgəsində Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau"ya 1:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
O bildirib ki, məğlub olmalarına baxmayaraq, komandası pis təsir bağışlamayıb: "Demək olar ki, bütün qolları standart vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməli və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq”.
Qeyd edək ki, bu, "Keşlə"nin ilk yoxlama oyunu olub.