Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama matçında qüvvəsini sınayıb. Son ölkə çempionu "Qarabağ" qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ" Rusiyanın "Çayka" komandasını eyni hesabla məğlubiyyətə uğradıb.
İlk oyunda Macarıstanın "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1.
Nəhayət ilk görüşdə Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə də bacarmayıb - 1:3.