"Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik. Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odur ki, bu gün yaxşı oyun sərgilədik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Qazaxıstan "Kaysar"ına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Xorvatiyalı mütəxəssis rəqibə fərqlənmək üçün çox az şans vermələrini təqdirəlayiq hal sayıb. O, oyundan-oyuna inkişaf etdiklərini söyləsə də, qarşıdakı oyunlarda əldə etdikləri şanslardan daha yaxşı yararlanmalarının vacibliyini dilə gətirib: "İkinci hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı. Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdır”.