
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" və "Səbail" komandaları növbəti yoxlama oyunlarını keçiriblər.
Sportnet.az-ın məlumatına görə, Jelko Sopiçin rəhbətlik etdiyi "Sabah" son sınağında Rusiyanın "Spartak" klubunun əvəzedici komandası ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını komandaya qayıdan Marko Deviç və Ceyhun Nuriyev vurub.
"Səbail" isə üçüncü yoxlama görüşündə Rumıniya "Voluntari"si ilə qarşılaşıb. İlk iki matçda məğlub olan Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda heç-heçəyə nail ola bilib - 2:2.
Qeyd edək ki, ilk yoxlama oyununda Macarıstan "Pakş"ına 0:2 hesabı ilə məğlub olan "Sabah" Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qolsuz heç-heçə edib və Qazaxıstan "Kaysar"ını yenib - 3:1. "Səbail" Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına isə 1:3 hesabı ilə uduzub.
-------------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqa klublarından "Zirə" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gəlib.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Həşimovun rəhbərlik etdiyi komanda ikinci hissədə daha bir qol vurub. Komandanın qollarına Riçard Qazde və David Volkov imza atıb.
Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.
---------------------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 4-ü yoxlama görüşlərində qüvvəsini sınayacaq.
"Zirə" bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Sumqayıt"ın Polşa "Arka"sı ilə qarşlaşması saat 16:30-da start götürəcək.
Jelko Sopiçin rəhbərlik etdiyi "Sabah" klubu Antalyadakı son sınağında Rusiyanın "Spartak-2" (Moskva) komandasını sınağa çəkəcək. Bu görüş saat 17:00-da başlayacaq.
Nəhayət, "Səbail" üçüncü yoxlama görüşündə Rumıniyanın "Voluntari" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0. Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" Rumıniya "Politexnika"sı bərabərə qalıb - 1:1. Əvvəlcə Macarıstan "Pakş"ına 0:2 hesabı ilə məğlub olan "Sabah" Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qolsuz heç-heçə edib və Qazaxıstan "Kaysar"ını yenib - 3:1. "Səbail" ilk görüşündə Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına isə 1:3 hesabı ilə uduzub.
Yoxlama oyunu
16:00. "Zirə" - "Napredak" (Serbiya) - 2:0
Qol: Riçard Qadze, David Volkov
Zirə: Orxan Sadıqlı, Alie Sesay, Yovan Krneta, Rauf Hüseynli, Alvaro Ampuero, Elvin Camalov, Cavid Hüseynov (k), Şafik Tiqrudca, Ağabala Ramazanov, Davit Volkov, Riçard Qadze.
16:30. "Sumqayıt" - "Arka" (Polşa) - 1:0
Qol: Əmir Ağayev, 8
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 5. Cəmaləddin Xocaniyazov, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 90. Rəhim Sadıxov, 97. Xəyal Nəcəfov.
17:00 “Sabah” – “Spartak 2 - 2:2
Qol: Marko Deviç, 16. Ceyhun Nuriyev, 70
71.Dmitri Bezruk, 2.Elçin Mustafayev, 5.Kərim Diniyev, 20.Nemət Musayev, 17.Məhəmməd Mirzəbəyov, 99.Abbas Ağazadə, 14.Rəşad Eyubov, 29.Ceyhun Nuriyev, 97.Emil Qasımov, 77.Cavid Tağıyev, 41.Marko Deviç
17:00. "Səbail" – "Voluntari" - 2:2