
Ukraynanın "Dinamo" klubunun yeni transferi İbrahim Karqbo Antalyada "Neftçi" ilə keçirdikləri yoxlama oyunu haqda fikirlərini bildirib.
Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 20 yaşlı belçikalı futbolçu "Neftçi" ilə görüşdə özünü rahat hiss etdiyi mövqedə oynamamasından gileylənib:
"Neftçi" ilə oyunda yarımmüdafiənin sağında, daha öncə "Legiya" ilə görüşdə isə sol cinahda oynadım. Ancaq mənim əsas mövqeyim hücumun mərkəzidir. Həmin mövqedə özümü daha rahat hiss edirəm. Bununla belə, çox çalışıram və komandaya fayda vermək istəyirəm. Ona görə də hücumda istənilən mövqedə oynamağa hazıram".
Qeyd edək ki, "Dinamo" - "Neftçi" yoxlama matçı 2:1 hesabı ilə Kiyev təmsilçisinin qələbəsi ilə yekunlaşıb.