
Azərbaycan Premyer Liqasının XIV turunda "Bakı"
ilə qarşılaşacaq "İnter" klubu oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən verdiyi məlumata görə, iki günlük istirahətin ardından
komanda məşqlərə başlayıb.
Gürcüstanda aldığı zədə üzündən bir müddət meydançadan uzaq düşən Matiya Şpiçiç
artıq komandayla birgə məşq edir. "İnter"in hücumçusu Baçana
Sxadadze isə fərdi qaydada məşqlərə başlayıb.
Qeyd edək ki,noyabrın 29-da "Bakı" -"İnter"oyunu saat 14:00-da başlayacaq.