Türkiyənin "Qalatasaray” klubunun braziliyalı futbolçusu
Felipe Melo əzəli rəqibləri "Fənərbağça”nın azarkeşlərinə hücum edib. Sportnet.az-ın
"Goal.com”a istinadən məlumatına görə, hazırda Las-Veqasda istirahətdə olan 31
yaşlı yarımmüdafiəçi restoranda ona "çempion
"Fənərbağça” yazılı pankart göstərən azarkeşləri təhqir edərək, təpikləyib.
Hadisəyə ətrafdakı insanlar və futbolçunun həyat yoldaşı da müdaxilə edib. Lakin Melo sakitləşməyincə olaya ABŞ polisi müdaxilə edib.
Qeyd edək ki, 2011-ci ildən İstanbul klubunda çıxış edən "Pittbul”
ləqəbli futbolçu tez-tez aqressiv hərəkətləri ilə gündəmə gəlir.