Türkiyə millisinin sabiq baş məşqçisi Abdullah Avcı özünə
yeni komanda tapıb. Sportnet.az-ın "Ntvspor”a istinadən məlumatına görə, 51
yaşlı mütəxəssis keçmiş klubu "İstanbul BB” ilə (yeni adı- "Başakşəhərspor”)
anlaşıb.
Yeni mövsümdən Superliqada çıxış edəcək klub sabah "Çırağan
Otel”də Avcı ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 2011-2013-cü illər ərzində Türkiyə yığmasını çalışdıran Abdullah Avcı uğursuz nəticələrdən sonra istefaya göndərilib.