
"Tottenhem" komandasının və İngiltərə millisinin futbolçusu Erik Dayer ölkə kubokunda "Norviç"lə keçirdikləri 1/8 final oyunundan sonra azarkeşlərdən biri ilə dalaşıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla toqquşub. Onları stüardlar çətinliklə aralayıblar. \
Baş məşqçi Joze Mourinyo bildirib ki, həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib: "Futbolçunun ailəsi tribunada idi və bu, onların xoşuna gəlməyib. Bəli, Dayer etməməli olduğu hərəkətə yol verib. Amma belə situasiyada hər birimiz bu cür davranardıq. Futbolçumu anlayıram və onun tərəfindəyəm".
Qeyd edək ki, "Tottenhem" əsas vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Norviç"ə 2:3 hesabı ilə uduzub.
Eric Dier apparently confronting a fan after the fan allegedly racially abused Gedson Fernandes.
— Spurs Unfiltered (@SpursUnfiltered) March 4, 2020
Chaos at our club currently - on and off the pitch #THFC pic.twitter.com/CDtWkyykBk