Mahir Şükürov "İnter”in maraq dairəsində deyil. Bu barədə Sportnet.az-a klub prezidenti Georgi Nikolov məlumat verib.
O bildirib ki, "İnter" ötən mövsümü "Neftçi”də keçirmiş Azərbaycan yığmasının müdafiəçisi ilə heç bir danışıq aparmayıb: "Şükürov nəyimizə lazımdır? O, vaxtilə "İnter”in formasını geyinib və fikrimcə, komandamıza verə biləcəyini verib. Mahir yenidən sıralarımıza dönməklə heyətimizi gücləndirə bilməz”.