
Premyer Liqanın 21-ci turunda “Səbail”lə üz-üzə gələcək olan “Sumqayıt” qarşılaşma üçün hazırlıqlarını davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında növbəti məşqini keçirib.
Zədəsini tamamilə sağaltmış Murad Xaçayev artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Bundan başqa, əvəzedici komandanın bir neçə futbolçusu da əsas heyətə cəlb olunub.
Təxminən 1,5 saat davam edən hazırlıq prosesində fiziki gücün artırılması və müxtəlif toplu hərəkətlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" - "Səbail" qarşılaşması 15 mart, saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.