
"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiya "Nitra"sından istefa verib.
Sportnet.az-ın "Sport Arena"ya istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. 60 yaşlı mütəxəssisin komandadan gedişinin səbəbləri açıqlanmır.
Ukraynalı mütəxəssis "Nitra"ya yanvarda baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında 4 oyuna çıxan komandanın 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var idi.
Qeyd edək ki, Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə flaqman UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0.