
İtaliya "İnter"inin sabiq baş məşqçisi Andrea Stramaççioni "Udineze"nin sükanı arxasına keçib. Sportnet.az-ın Udine təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 38 yaşlı mütəxəssis bu vəzifədə Françesko Françesko Qvidolini əvəzləyib.
Qvidolin "Udineze"yə 2010-cu ildən rəhbərlik edib. Stramaççioni ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Andrea Stramaççioni "İnter"ə 2012-ci il martın 26-dan 2013-cü il mayın 24-dək rəhbərlik edib. Onun qovulmasına komandanın İtaliya A seriyasında tarixi ərzində ən aşağı pilləni - 9-cu yeri tutması səbəb olub. Gənc mütəxəssisin rəhbərliyi altında "İnter" 2012-2013-cü il mövsümündə Avropa Liqasında "Neftçi" ilə eyni qrupda yer alıb. Bakıdakı görüşdə İtaliya təmsilçisi 3:1 hesabı ilə qalib gəldiyi halda, Milanda heç-heçə qeydə alınıb - 2:2.