Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan”ı
məğlub edən "Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb.Sportnet.az-ın məlumatına görə, oyundan sonra "Qaradağ Lökbatan”klubunun baş məşqçisi Adil Mahmudov fikirlərini bildirib.
Adil Mahmudov oyuna yaxşı hazırlaşdıqlarını deyib: ”Kubok oyununa köklənmək tam
başqadır. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz "Neftçi” Azərbaycan
futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah,
"Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız
var və həmin oyunlara hazırlaşmalıyıq”.
Qeyd edək ki, "Neftçi” – "Qaradağ Lökbatan” komandarının görüşü meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:0.