
Bu gün IV Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Bayıl stadionunda keçirilən qarşılaşmalarda mükafatçılar müəyyənləşib.
İlk olaraq Azərbaycan millisi meydana çıxıb. Yığmamız bürünc mükafat uğrunda matçda Tacikistanı darmadağın edib.
Günün ikinci matçında isə turnirin qalibi müəyyənləşib. İran Türkiyə ilə matçda minimal hesabla qalib gələrək, "Caspian Cup"a sahib olub.
5 may
III yer uğrunda oyun
Azərbaycan U-17 – Tacikistan - 4:0
Azərbaycan U-17 – Tacikistan - 4:0
Bayıl Arena
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İsgəndər Əliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
Final
İran – Türkiyə - 1:0
Bayıl Arena
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov