İtaliyanın "Napoli" və "Yuventus" klublarının sabiq futbolçusu Çiro Ferrara Dieqo Maradonanın formasını xeyriyyə hərracında satıb.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı keçmiş müdafiəçi əldə olunan 55 min avronu koronavirusla mübarizə üçün təhvil verib.
Ferrara "Napoli"də birlikdə çıxış etdiyi argentinalı oyunçunun ona təqdim etdiyi formanı satıb. Satışdan əldə olunan vəsait pandemiya ilə əlaqədar Neapola dəstək olmaq üçün fonda köçürüləcək.
Qeyd edək ki, Çiro Ferrara "Napoli" ilə 2, "Yuventus"la 5 dəfə A Seriyasının qalibi olub.