Futbol
üzrə Fransa 1-ci Liqasında XVI turun oyunları davam edir. Sportnet.az-ın
məlumatına görə, "Qarabağ”ın Avropa Liqasındakı rəqibi "Sent-Etyen” bu turda
qələbə qazanıb.
Səfərdə
"Monpelye”nin qonağı olan komanda 2 cavabsız qolla qalib gəlib. Qolları 22-ci
dəqiqədə Poqba, 43-cü dəqiqədə isə Bayse vurub. 78-ci dəqiqədə Diomantenin
qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasına baxmayaraq, "Sent-Etyen”
qələbə hesabını qoruya bilib.
Bu qələbədən sonra "Sent-Etyen” turnir cədvəlində 29 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Marsel”dən 6 xal geri qalır.